Обсуждение:Рамин Гурбанов
Википедия
Ramin Qurbanov (tam adı: Ramin Afad oğlu Qurbanov; 1974, Bakı, Azərbaycan Qaraqurbanlılar şəcərəsi) - Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının İdarə Heyətinin üzvü, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (SEPEJ/CEPEJ) prezidenti, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi, Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” informasiya sisteminin yaradılması üzrə İşçi Qrupunun rəhbəri, Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə apardığı məhkəmə sisteminin müasirləşdirilməsi sahəsində genişmiqyaslı layihələrin koordinatoru, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Hüquq elmləri üzrə Ekspert Şurasının üzvü, hüquq elmləri doktoru.
Həyatı və təhsili
Ramin Qurbanov 10 may 1974-cü ildə Bakı şəhərində anadan olmuşdur.[1].
- 1990-cı ildə Bakı şəhərinin 134 nömrəli orta məktəbini medalla bitirmişdir.
- 1995-cı ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsindən məzun olmuşdur.
- 2000-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Hərbi fakültəsində təhsilini tamamlamışdır.
- 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsini bitirmişdir.
- 2006-cı ildə Rusiya Hüquq Akademiyasının Hüquq fakültəsindən fərqlənmə diplomları ilə məzun olmuşdur.
- 2002-ci ildə ABŞ-ın Norsvestern Universitetinin Hüquq İnstitutunun Beynəlxalq İnsan Hüquqları üzrə Mərkəzində “Məhkəmə müstəqilliyi və insan hüquqlarının məhkəmə təminatı”, ABŞ Ədliyyə Nazirliyinin Mülki Hüquqlar İdarəsində “İnsan hüquqlarının qorunmasında Ədliyyə Nazirliyinin rolu” və ABŞ-ın Federal Məhkəmə Mərkəzində “Hakimlərin təhsili onların müstəqilliyinin əsas elementi” mövzuları üzrə elmi tədqiqatlarının uğurla aparılmasına müvəffəq olmuşdur.
- 1996-1998: Bakı Dövlət Universitetinin hüquq ixtisası üzrə aspirantı.
- 1998-2002: AMEA-nın Fəlsəfə və Hüquq İntitutunun dissertantı.
- 2003 - hüquq elmləri namizədi: AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda və Rusiya Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunda dissertasiya işini uğurla müdafiə etmişdir.
- 2006: AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun doktorantı.
- 2011: Rusiya Federasiyası Moskva Dövlət Hüquq Akademiyasının “Avropa hüququ” kafedrasında doktorant.
- 2016 - hüquq elmləri doktoru: AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda və Rusiya Federasiyası Hökuməti yanında Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunda doktorluq dissertasiyası işini müvəffəqiyyətlə müdafiə etmişdir.
- 1999: Hüquq Mühafizə Orqanlarının Beynəlxalq Akademiyası (ixtisasartırma kursu), Budapeşt, Macarıstan.
- 2009: Beynəlxalq Hüquq İnstitutu və Ceorctaun Universiteti, “Məhkəmə idarəçiliyi, məhkəmələrdə işin təşkili və sənəd dövriyyəsi” ixtisasartırma kursu, Vaşinqton, ABŞ.
- 2012: Türkiyənin Ədliyyə Akademiyasında hakimliyə namizədlər üçün təşkil olunan ixtisasartırma kursu, Ankara, Türkiyə.
- 2015: Sinqapurun Məhkəmə İnstitutu, “Məhkəmə işlərinin elektron idarəolunması üzrə strategiyalar: zamanın tələbləri, həlli yolları, yeniliklər” təlim kursu, Sinqapur.
- 2017: Corc Vaşinqton Universiteti və Peşəkar Araşdırmalar Kollecinin Strateji İdarəetmə Qrupunun birgə həyata keçirdiyi “Fəaliyyətin qiymətləndirilməsinə dair Əsas Göstəricilər üzrə Peşəkar (KPİ-P) sertifikatlaşdırma Proqramı”, Dubay, BƏƏ.
Əmək Fəaliyyəti
- 1995-1997: Müdafiə Nazirliyinin 670 nömrəli hərbi hissəsində hüquq məsləhətçisi.
- 1998-1999: Ədliyyə Nazirliyinin Qanunlar toplusu redaksiya qrupunda məsləhətçi, aparıcı məsləhətçi.
- 1999-2000: Ədliyyə Nazirliyinin Qanunvericilik və hüquqi təbliğat idarəsində baş məsləhətçi.
- 2000-2001: Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində aparıcı məsləhətçi.
- 2001-2006: Ədliyyə Nazirliyinin Təşkilat-analitik idarəsində aparıcı məsləhətçi.
- 2006-2013: Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsində baş məsləhətçi, islahatlar üzrə qrupun rəhbəri.
- 2007: “Ədliyyə Nazirliyinin fəaliyyətini tənzimləyən normativ sənədlərin hazırlanması üzrə” İşçi Qrupunun üzvü.
- 2009: “Ədliyyə Nazirliyində informasiya resurslarının işlənməsində müasir texnologiyaların tətbiqi üzrə” İşçi Qrupunun üzvü.
- 2013-h/h: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi
Qeyd: R.Qurbanov ölkədə ən çox bəraət hökmü vermiş hakimdir - beş il müddətində tərəfindən 33 bəraət hökmü çıxarılmışdır
Avropa Şurasında Fəaliyyəti (SEPEJ/CEPEJ)
- 2005-h/h: Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasında (SEPEJ/CEPEJ) Azərbaycan dövlətinin nümayəndəsi (həmin komissiya Avropa Şurasının ədliyyə, məhkəmə, prokurorluq və vəkillik sahələrində ixtisaslaşan qurumudur).
- 2011-2018: Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının Məhkəmə Sistemlərinin Qiymətləndirilməsinə dair İşçi komitəsinin altı ekspert üzvündən biri olmuşdur (İsveçrə, Estoniya, Kipr, Slovakiya, Gürcüstanın məhkəmə sistemlərinin qiymətləndirilməsi səfərlərində iştirak etmiş, Litva, Şimali Makedoniya və Moldovaya göndərilən monitorinq qrupuna rəhbərlik etmişdir).
- 2014: Avropa Şurasının tarixində ilk dəfə olaraq Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının plenar iclasının Strasburqdan kənarda - Bakıda keçirilməsinə və “Avropa məhkəmə sistemlərinin qiymətləndirilməsinə dair” irihəcmli Hesabatın məhz Bakıda qəbul edilməsinə nail olmuşdur.
- 2014-2016: Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının ali idarəetmə orqanı olan Bürosunun dörd üzvündən biri.
- 2016-2018: Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının Vitse-prezidenti.
- 2019-h/h: Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti (Avropa Şurasının tarixində ilk dəfə olaraq Qərbi Avropadan olmayan şəxs həmin qurumun rəhbəri vəzifəsinə Avropa Şurasının 47 üzv dövlətinin nümayəndəsi tərəfindən gizli səsvermə yolu ilə seçilmişdir).
Dünya Bankı ilə Əməkdaşlıq
- 2008-2014: Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Ədliyyə sisteminin müasirləşdirilməsi” Layihəsinin koordinatoru (Layihə çərçivəsində Oğuz rayon, Bakı Şəhəri Yasamal və Nərimanov rayon məhkəmələri, Sabunçu və Şəki məhkəmə komplekslərinin müasir binalarının tikintisi və ölkə başçısının iştirakı ilə açılışı müvəffəqiyyətlə təmin edilmişdir).
- 2014-h/h: Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” Layihəsinin koordinatoru (Layihə çərçivəsində elektron məhkəmə və elektron icra informasiya sistemləri yaradılmış, mediasiya pilot mərkəzləri tətbiq edilmiş, CEPEJ-lə birgə mediasiya haqqında qanun layihəsi tərtib olunmuş, ədliyyə sahəsində gender siyasəti, yuvenal ədliyyə, məhkəmə qərarlarının keyfiyyəti və s. mövzular üzrə tədqiqatlar aparılmışdır).
- 2012 və 2017: Azərbaycan Hökumətinin Dünya Bankı ilə əməkdaşlığının 20 illiyi və 25 illiyinin qeyd olunması ərəfəsində həmin layihələr Azərbaycanda həyata keçirilən bütün digər layihələr sırasında ən qabaqcıl olduğu üçün mükafatlara layiq görülmüşdür. Eyni zamanda, Dünya Bankı tərəfindən ədliyyə sahəsində həyata keçirilən bütün layihələr sırasında da dünyada ən səmərəli icra olunan layihə kimi qiymətləndirilmişdir.
- 2018-2019: Dünya Bankının “Doing Business” hesabatı üzrə Azərbaycanın məruzəçisi
(“Doing Business - 2020” Hesabatında Azərbaycan “Elektron məhkəmə” sisteminin müasir imkanlarına görə “Müqavilələrin icrası” indikatoru üzrə 40-cı yerdən 28-ci yerə yüksəlmişdir).
Elektron Məhkəmə Sistemi
2014-cü ildə Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” informasiya sisteminin yaradılması üzrə İşçi Qrupunun rəhbəri olduğu dövrdə aşağıdakı sistemlər yaradılmışdır:
- Kommersiya məhkəmələrində icraat tamamilə elektron müstəviyə keçirilmişdir;
- “Elektron icra” sistemi tətbiq olunmuşdur;
- Proses iştirakçılarının Şəxsi Kabineti istifadəyə verilmişdir;
- Əmr icraatı sistemi tam avtomatlaşdırılmışdır - “İpək Yolu Layihəsi” və Dünya Bankının mükafatına layiq görülmüşdür;
- “Elektron məhkəmə” sisteminin Mobil tətbiqi istifadəyə verilmişdir
2017-ci ildə “Elektron məhkəmə” informasiya sisteminin yaradılması üzrə İşçi Qrupu tərəfindən hazırlanmış “Məhkəmənin nəbzi – İdarəetmədə inqilab” Layihəsi ilk dəfə olaraq Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsi çərçivəsində mükafata layiq görülmüşdür.
Elmi Fəaliyyəti
- 1996-1998: Bakı Dövlət Universitetinin hüquq ixtisası üzrə aspirantı.
- 1998-2002: Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İntitutunun dissertantı.
- 2003 - hüquq elmləri namizədi: Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda və Rusiya Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunda dissertasiya işinin müdafiəsini uğurla aparmışdır.
- 2006: Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun Elmi Şurasının qərarı ilə doktoranturaya qəbul olunmuşdur.
- 2011: Rusiya Federasiyası Moskva Dövlət Hüquq Akademiyasının “Avropa hüququ” kafedrasının doktorantı.
- 2016 - hüquq elmləri doktoru: Rusiya Federasiyası Hökuməti yanında Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunun Elmi Şurasında doktorluq dissertasiyası işini müvəffəqiyyətlə müdafiə etmişdir.
- 2011-2016: Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun “Beynəlxalq münasibətlər və beynəlxalq hüquq” şöbəsinin böyük elmi işçisi, aparıcı elmi işçisi.
- 2017-h/h: Azərbaycan Milli Elmlər Akademiyası Hüquq və İnsan Haqları İnstitutunun “Beynəlxalq hüquq” şöbəsinin baş elmi işçisi, müdir vəzifəsini icra edən.
- 2019-h/h: Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Hüquq elmləri üzrə Ekspert Şurasının üzvü.
Pedaqoji Fəaliyyəti
- 2004-2005: Odlar Yurdu Universitetinin Hüquq fakültəsində müəllim.
- 2009-2012: Məhkəmə-Hüquq Şurası yanında Hakimlərin və dövlət ittihamçılarının tədrisi sektorunda mühazirəçi.
- 2009-h/h: Ədliyyə Akademiyasında mühazirəçi.
Nəşrlər
112 elmi nəşrin, o cümlədən Avropa Şurasının ingilis və fransız dillərində bir sıra elmi əsərlərin müəllifi (fransız və isveçrəli hüquq elmləri doktorları Jan-Paul Jan, Jacques Büller, Francois Paychere ilə birgə):
- “European Judicial Systems. Efficiency and Quality of Justice”, N20. Monoqrafiya, Strasburq, Fransa.
- “European Judicial Systems: eastern Europe countries”, N21. Monoqrafiya, Strasburq, Fransa.
- “European Commission for the Efficiency of Justice: high quality justice for all member states”, N22, Strasburq, Fransa.
- “Rapport thematique: l`utilization des technologies de l`information dans les tribunaux en Europe”. N24.
- “Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ): elmi və təcrübi əhəmiyyəti”. Monoqrafiya, Bakı, Azərbaycan.
- “Интеграционные процессы в сфере правосудия на европейском пространстве”. Monoqrafiya, Moskva, Rusiya.
- “Международное частное право”. Dərslik, həmmüəllif, Moskva, Rusiya.
- “Научно-энциклопедическое издание: Судебные системы Европы и Евроазии”, 3 cild, Moskva, Rusiya.
Mükafatlar
- 2015: Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun Elmi Şurasının qərarı ilə elmi məhsuldarlığına görə təşəkkür elan olunmuşdur.
- 2010-2015: Azərbaycan Respublikası Ədliyyə Nazirinin əmrləri ilə ədliyyə orqanlarında səmərəli fəaliyyətə görə müxtəlif tarixlərdə mükafatlandırma qaydasında qiymətli hədiyyə, fəxri fərmanlar, döş nişanı və vaxtından əvvəl ədliyyə müşaviri xüsusi rütbəsi ilə təltif olunmuşdur.
- 2016-2017: Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının qərarı əsasında Dünya Bankı ilə birgə aparılan məhkəmə sisteminin müasirləşdirilməsi sahəsində layihələri uğurla icra etdiyinə və ölkəni Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasında layiqincə təmsil etdiyinə görə, habelə Avropa Şurasının “Ədliyyənin Kristal tərəzisi” müsabiqəsi üzrə Azərbaycanın qalib gəldiyi layihəsini hazırladığına görə təşəkkür elan olunmuş və qiymətli hədiyyə ilə təltif edilmişdir.
- 2018: Azərbaycan Milli Elmlər Akademiyasının elmi və elmi-ictimai həyatında fərqləndiyinə, Azərbaycan elmini beynəlxalq aləmdə layiqincə təmsil etdiyinə görə Fəxri Fərmanla təltif edilmişdir.
- 2018: “Müasir demokratiyalarda hakim və qanunun aliliyi” beynəlxalq tədbirin “Məhkəmə hakimiyyəti və onun cəmiyyətə təsiri” adlı bölməsində əsas məruzəçilərdən biri kimi fəal iştirakına görə Meksikanın Ali Məhkəməsi və Federal Ədliyyə Şurası tərəfindən təşəkkür elan olunmuşdur.
- 2018: Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) yaradılmasının 15 illiyinin qeyd olunması ərəfəsində Avropada ədliyyənin səmərəliliyi və keyfiyyətinin artırılması sahəsində CEPEJ-in işinə verdiyi töhfəsinə görə təşəkkür elan olunmuşdur.
Beynəlxalq Təşkilatlarda Üzvlük
- 2002: Amerika Hüquqşünaslar Assosiasiyasının (Çikaqo bölməsi) üzvü.
- 2017: Rusiya Beynəlxalq Hüquq Assosiasiyasının üzvü.
- 2018: Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyalarının İttifaqının İdarə Heyətinin üzvü.
Ailəsi
Evlidir, 3 övladı var.
Atası - Müasir Azərbaycan Əlifbasının müəllifi, görkəmli dilçi-alim, ictimai xadim və təhsil təşkilatçısı, beynəlxalq və milli akademiyaların akademiki, AMEA-nın üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan SSR Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, dilçilikdə onomalogiya, ümumi dilçilik və türkologiya elmi məktəblərinin banisi Afad Qurbanov.
Anası – tibb elmləri üzrə fəlsəfə doktoru.
İki qardaşı və iki bacısı var:
- Rəşad Kurbanov, hüquq elmləri doktoru, professor, Rusiya Federasiyasının əməkdar hüquqşünası.
- Fuad Qurbanov, tibb elmləri doktoru.
- Fərəh Qurbanova, tibb elmləri doktoru, dosent.
- Fidan Qurbanova, filologiya elmləri doktoru, professor.
İstinadlar
Файл
Ramin Qurbanov (tam adı: Ramin Afad oğlu Qurbanov, Qaraqurbanlılar şəcərəsi, 10 may 1974, Bakı, Azərbaycan SSR, SSRİ) - Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (SEPEJ/CEPEJ) prezidenti, Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının İdarə Heyətinin üzvü,Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi, Ədliyyə Nazirliyi “Elektron məhkəmə” informasiya sisteminin yaradılması üzrə İşçi Qrupunun rəhbəri, Azərbaycan HökumətininDünya Bankı ilə birgə apardığı məhkəmə sisteminin müasirləşdirilməsi sahəsində layihələrin koordinatoru, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Hüquq elmləri üzrə Ekspert Şurasının üzvü, hüquq elmləri doktoru
HƏYATI VƏ TƏHSİLİ
Ramin Qurbanov 10 may 1974-cü ildə Bakı şəhərində anadan olmuşdur.1990-cı ildə Bakı şəhərinin 134 nömrəli orta məktəbini medalla,1995-2006-cı illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini,Azərbaycan Dövlət Pedaqoji Universitetinin Hərbi fakültəsini,Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsini və Rusiya Hüquq Akademiyasının Hüquq fakültəsini fərqlənmə diplomları ilə bitirmişdir.
Sonradan R.Qurbanov müxtəlif tarixlərdə ABŞ-ın Norsvestern Universitetinin Hüquq İnstitutunun Beynəlxalq İnsan Hüquqları üzrə Mərkəzində “Məhkəmə müstəqilliyi və insan hüquqlarının məhkəmə təminatı”, ABŞ-ın Ədliyyə Nazirliyinin Mülki Hüquqlar İdarəsində“İnsan hüquqlarının qorunmasında Ədliyyə Nazirliyinin rolu”və ABŞ-ın Federal Məhkəmə Mərkəzində “Hakimlərin təhsili onların müstəqilliyinin əsas elementi” mövzuları üzrə elmi tədqiqatlarını uğurla aparmışdır.
R.Qurbanov ingilis, rus, fransız və alman dillərini bilir.
ƏMƏK FƏALİYYƏTİ
1995-ci ildən R.Qurbanov əmək fəaliyyətinə başlamış, əvvəlcədən Müdafiə Nazirliyində, sonradan isə 1998-2013-cü illərdə Ədliyyə Nazirliyində məsləhətçisi, aparıcı məsləhətçi, baş məsləhətçi, islahatlar üzrə qrupun rəhbəri vəzifələrində çalışmışdır.
Bu müddət ərzində o, həmçinin,“Ədliyyə Nazirliyinin fəaliyyətini tənzimləyən normativ sənədlərin hazırlanması üzrə” İşçi Qrupunun və “Ədliyyə Nazirliyində informasiya resurslarının işlənməsində müasir texnologiyaların tətbiqi üzrə” İşçi Qrupunun fəal üzvü olmuşdur.
2013-cü ildən hal-hazıradək R.Qurbanov Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi vəzifəsində işləyir.Qeyd olunmalıdır ki, o hakim fəaliyyətində fərqlənərək ölkədə ən çox bəraət hökmü vermiş hakimlər sırasındadır, beş il müddətində tərəfindən 33 bəraət hökmü çıxarılmışdır.
R.Qurbanov 2014-cü ildən Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” informasiya sisteminin yaradılması üzrə İşçi Qrupunun rəhbəri kimi fəaliyyət göstərir. Bu müddət ərzində beynəlxalq mükafatlara layiq görülmüş “Elektron məhkəmə” və “Elektron icra” informasiya sistemləri yaradılmışdır. Həmin sistemlərin altkomponenti olan “Elektron əmr icraatı” sistemində ilk dəfə olaraq süni intellekt tətbiq olunmuş və hakim əvəzinə robot tərəfindən qərarlar verilmişdir. Bununla yanaşı, “Elektron məhkəmə” sisteminin Mobil tətbiqi istifadəyə verilmiş, kommersiya mübahisələri tamamilə elektronlaşdırılmış və proses iştirakçılarının Şəxsi Kabineti tətbiq olunmuşdur.
2017-ci ildə həmin Qrup tərəfindən hazırlanmış “Elektron məhkəmə” sisteminin “Məhkəmənin nəbzi – İdarəetmədə inqilab” adlı analitik modulu ilk dəfə olaraq Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsi çərçivəsində mükafata layiq görülmüşdür.
AVROPA ŞURASINDA FƏALİYYƏTİ (SEPEJ/CEPEJ)
R.Qurbanov 2005-ci ildən Azərbaycan dövlətininAvropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasında (SEPEJ/CEPEJ) nümayəndəsidir. Həmin komissiya Avropa Şurasının ədliyyə, məhkəmə, prokurorluq və vəkillik sahələrində ixtisaslaşan monitorinq və məşvərətçi qurumudur.
2011-2018-ci illərdə oAvropa Komissiyasının Məhkəmə sistemlərinin qiymətləndirilməsinə dair İşçi komitəsinin altı ekspert üzvündən biri olmuşdur. Bu müddət ərzində İsveçrə, Estoniya, Kipr, Slovakiya, Gürcüstanın məhkəmə sistemlərinin qiymətləndirilməsi səfərlərində iştirak etmiş, Litva, Şimali Makedoniya və Moldovaya göndərilənmonitorinq qrupuna rəhbərlik etmişdir. R.Qurbanov Avropa Şurasının tarixində ilk dəfə olaraq 2014-cü ildə Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının plenar iclasının Strasburqdan kənarda - Bakıda keçirilməsinə və “Avropa məhkəmə sistemlərinin qiymətləndirilməsinə dair” irihəcmli Hesabatın məhz Bakıda qəbul edilməsinənail olmuşdur.
2014-2018-ci illərdə Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının ali idarəetmə orqanı olan Bürosunun dörd üzvündən biri və sonradan vitse-prezidenti seçilmişdir.2019-cu ildən isə o həmin quruma rəhbərlik edir. Qeyd olunmalıdır ki, Avropa Şurasının və Azərbaycanın məhkəmə sisteminin tarixində ilk dəfə olaraq Qərbi Avropadan olmayan şəxs həmin qurumun prezidenti vəzifəsinə Avropa Şurasının 47 üzv dövlətinin nümayəndəsi tərəfindən gizli səsvermə yolu ilə seçilmişdir.
DÜNYA BANKI İLƏ ƏMƏKDAŞLIQ
2008-ci ildən başlayaraq R.Qurbanov Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Ədliyyə sisteminin müasirləşdirilməsi” və “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihələrinin koordinatorudur. Həmin layihələr çərçivəsində Oğuz rayon, Bakı Şəhəri Yasamal və Nərimanov rayon məhkəmələri, Sabunçu və Şəki məhkəmə komplekslərinin müasir binalarının ölkə başçısının iştirakı ilə açılışı müvəffəqiyyətlə təmin edilmiş, habelə elektron məhkəmə və elektron icra informasiya sistemləri yaradılmış, mediasiya pilot mərkəzləri tətbiq edilmiş, CEPEJ-lə birgə mediasiya haqqında qanun layihəsi tərtib olunaraq qəbul edilmiş, ədliyyə sahəsində gender siyasəti, yuvenal ədliyyə, məhkəmə qərarlarının keyfiyyəti və s. mövzular üzrə tədqiqatlar aparılmışdır.
Azərbaycan Hökumətinin Dünya Bankı ilə əməkdaşlığının 20 illiyi və 25 illiyinin qeyd olunması ərəfəsində həmin layihələr Azərbaycanda həyata keçirilən bütün digər layihələr sırasında ən qabaqcıl olduğu üçün mükafatlara layiq görülmüşdür.
R.Qurbanov Dünya Bankının “Doing Business” hesabatı üzrə Azərbaycanın məruzəçisidir və məhz“Elektron məhkəmə” sisteminin müasir imkanlarına görə “Doing Business-2020” Hesabatında “Müqavilələrin icrası” indikatoru üzrə Azərbaycan 40-cı yerdən 28-ci yerə yüksələ bilmişdir.
ELMİ-PEDAQOJİ FƏALİYYƏTİ
1996-cı ildən başlayaraq R.Qurbanov hüquq sahəsində elmi tədqiqatların aparılması ilə məşğuldur. O, Bakı Dövlət Universitetinin hüquq ixtisası üzrə aspirantı, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İntitutunun dissertantı və doktorantı olmuşdur. 2003-cü ildə hüquq elmləri namizədi, 2016-cı ildə isə hüquq elmləri doktoru elmi dərəcələrinə layiq görülmüşdür.
O, 2011-2016-cı illərdəAMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun “Beynəlxalq münasibətlər və beynəlxalq hüquq” şöbəsinin böyük elmi işçisi, aparıcı elmi işçisi olmuş, sonradan AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun “Beynəlxalq hüquq” şöbəsinin baş elmi işçisi işləmiş və hazırda həmin şöbənin müdiri vəzifəsini icra edir.
R.Qurbanov Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Hüquq elmləri üzrə Ekspert Şurasının üzvüdür.
2004-cü ildən başlayaraq R.Qurbanov pedaqoji fəaliyyət göstərir. Əvvəllər Odlar Yurdu Universitetinin Hüquq fakültəsində müəllim, sonradan Məhkəmə-Hüquq Şurası yanında Hakimlərin və dövlət ittihamçılarının tədrisi sektorunda mühazirəçi, Ədliyyə Akademiyasında prorektor vəzifəsində işləmiş, hazırda isə həmin Akademiyanın mühazirəçisidir.
NƏŞRLƏR
Beynəlxalq hüquq sahəsində bir çox elmi nəşrin, o cümlədən Avropa Şurasının ingilis və fransız dillərində elmi əsərlərin müəllifidir(fransız və isveçrəli hüquq elmləri doktorları Jan-Paul Jan, Jacques Büller, Francois Paychere ilə birgə)
- “European Judicial Systems. Efficiency and Quality of Justice”, N20. Monoqrafiya, Strasburq, Fransa
- “European Judicial Systems: eastern Europe countries”, N21. Monoqrafiya, Strasburq, Fransa
- “European Commission for the Efficiency of Justice: high quality justice for all member states”, N22, Strasburq, Fransa
- “Rapport thematique: l`utilization des technologies de l`information dans les tribunaux en Europe”. N24
- “Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ): elmi və təcrübi əhəmiyyəti”. Monoqrafiya, Bakı, Azərbaycan
- “Интеграционныепроцессывсфереправосудиянаевропейскомпространстве”. Monoqrafiya, Moskva, Rusiya
- “Международное частное право”. Dərslik, həmmüəllif, Moskva, Rusiya
- “Научно-энциклопедическое издание: Судебные системы Европы и Евроазии”, 3 cild, Moskva, Rusiya
MÜKAFATLAR
Azərbaycan Respublikası Ədliyyə Nazirinin əmrləri ilə ədliyyə orqanlarında səmərəli fəaliyyətə görə müxtəlif tarixlərdə mükafatlandırma qaydasında qiymətli hədiyyə, fəxri fərmanlar, döş nişanı və vaxtından əvvəl ədliyyə müşaviri xüsusi rütbəsi ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının qərarı əsasında Dünya Bankı ilə birgə aparılan məhkəmə sisteminin müasirləşdirilməsi sahəsində layihələri uğurla icra etdiyinə və ölkəni Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasında layiqincə təmsil etdiyinə görə, habelə Avropa Şurasının “Ədliyyənin Kristal tərəzisi” müsabiqəsi çərçivəsində qalib gəldiyi «Elektron məhkəmə» sistemi üzrə Azərbaycanın layihəsini hazırladığına görə təşəkkür elan olunmuş və qiymətli hədiyyə ilə təltif edilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının elmi və elmi-ictimai həyatında fərqləndiyinə, elmi məhsuldarlığına, Azərbaycan elmini beynəlxalq aləmdə layiqincə təmsil etdiyinə, süni intellekt məsələlərinə dair ölkədə ilk beynəlxalq konfransın yüksək səviyyədə təşkil etdiyinə və məhkəmə sistemlərinə dair ilk üçcildlik beynəlxalq ensiklopedik nəşri hazırladığına görə təşəkkür elan olunmuş və fəxri fərmanla təltif edilmişdir.
Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) yaradılmasının 15 illiyinin qeyd olunması ərəfəsində Avropada ədliyyənin səmərəliliyi və keyfiyyətinin artırılması sahəsində CEPEJ-in işinə verdiyi töhfəsinə görə təşəkkür elan olunmuşdur.
BEYNƏLXALQ TƏŞKİLATLARDA ÜZVLÜK
R.Qurbanov müxtəlif beynəlxalq təşkilatların - Amerika Hüquqşünaslar Assosiasiyası (Çikaqo bölməsi), Rusiya Beynəlxalq Hüquq Assosiasiyası və Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyalarının İttifaqının İdarə Heyətinin üzvüdür.
AİLƏSİ
Evlidir, 3 övladı var.
Müasir Azərbaycan Əlifbasının müəllifi, görkəmli dilçi-alim, türkoloq vəictimai xadim akademik Afad Qurbanovun oğludur.Qardaşları Rusiya Federasiyasının əməkdar hüquqşünası, professor, h.e.d. Rəşad Kurbanov və tibb elmləri doktoru Fuad Qurbanov, bacıları tibb elmləri doktoru, dosent Fərəh Qurbanova və filologiya elmləri doktoru, professor Fidan Qurbanovadır.
İSTİNADLAR
- https://rm.coe.int/member-of-the-bureau-ramin-gurbanov/16807899a2
- https://courts.gov.az/az/yasamal/judge/Qurbanov-Ramin-Afad-oglu_500
- https://rm.coe.int/cepej-report-on-european-judicial-systems-edition-2014-2012-data-effic/16807882a1
- https://rm.coe.int/cepej-studies-n21-council-of-europe-publishing-judicial-systems-of-the/1680788248
- https://rm.coe.int/high-quality-justice-for-all-member-states-of-the-council-of-europe-ce/168078822a
- https://rm.coe.int/european-judicial-systems-efficiency-and-quality-of-justice-cepej-stud/1680788229
- https://www.youtube.com/watch?v=X8eIy6HA6Is
- http://science.gov.az/news/open/11509
- https://courts.gov.az/az/main/page/n-cox-brart-vern-hakimlr-bard-mlumat_3370
- https://courts.gov.az/az/main/page/Bratverici-hokmlr-uzr-hesabatlar_3175
XARİCİ KEÇİDLƏR
- https://courts.gov.az/az/main/displaynews/Azrbaycan-Avropa-Surasinin-dliyynin-Kristal-Trzisi-musabiqsinin-mukafatcisi-olub_203
- https://courts.gov.az/az/main/page/Avropa-Surasinin-dliyynin-Kristal-Trzisi_3372
- https://azertag.az/xeber/1107333
- https://courts.gov.az/az/main/displaynews/Azrbaycan-numayndsi-CEPEJ-in-prezidenti-secilib_321
- https://azertag.az/xeber/Azerbaycan_numayendesi_CEPEJ_in_prezidenti_sechilib-1221093
- https://www.rea.ru/ru/news/Pages/presedent-of-cepej.aspx
- https://vestikavkaza.ru/news/Prezidentom-SEPEZH-Soveta-Evropy-vpervye-stal-grazhdanin-Azerbaydzhana.html
- http://science.gov.az/news/open/9411
- https://www.youtube.com/watch?v=uytTX-xJoY0
- https://www.coe.int/en/web/cepej
- https://courts.gov.az/az/
Latviya səfəri ilə bağlı:
- https://oxu.az/society/340981
- https://1news.az/news/azerbaydzhanskiy-sud-ya-reformiruet-sudebnuyu-sistemu-latvii---foto
Qazaxstan səfəri ilə bağlı:
- https://ru.oxu.az/politics/333478
- https://1news.az/az/mobile/news/qazaxistanda-dunyamiqyasli-beynelxalq-edliyye-forumu-kecirilib---foto
Çexiya səfəri ilə bağlı:
- https://oxu.az/society/345610
- https://1news.az/mobile/news/azerbaydzhanskiy-sud-ya-vystupil-v-parlamente-chehii-po-ocenke-effektivnosti-sudebnoy-sistemy---foto
Albaniya səfəri ilə bağlı:
Malta səfəri ilə bağlı:
Oslo səfəri ilə bağlı:
PhD/Doctor in Law, Senior Official & Judge
Рамин Гурбанов-кандидат юридических наук, старший научный сотрудник и судья
2008-2020 годы координатор проекта Всемирного банка финансировал крупномасштабные проекты модернизации судебной системы в Азербайджане Ответственный за координацию и управление финансируемыми Всемирным банком национальными судебными службами и проектами модернизации интеллектуальной инфраструктуры в Азербайджане. Стратегическое и оперативное планирование в качестве руководителя рабочей группы, ответственной за деятельность, связанную с преобразованием судебной системы Азербайджана в ходе внедрения интеллектуальных электронных систем электронного судопроизводства (например, системы управления делами и документооборотом, судебная аудио-и видеозапись, система электронного правоприменения) наряду с модернизацией основных зданий судов и ИТ-инфраструктуры в рамках судебной системы. Кроме того, он участвовал в международных исследовательских проектах, связанных с оценкой и организацией судебных систем.
Работал в различных департаментах Министерства юстиции, таких как отдел законодательства и правовой пропаганды, отдел государственной регистрации юридических лиц, организационно-аналитический отдел (судебная статистика), главный отдел организации и надзора (начальник отдела реформ). В 2013 году вступил в Азербайджанскую судебную систему и назначен судьей (криминальная специализация). В 2017 году избран членом правления Ассоциации судей Азербайджана. С 2011 года работал на различных должностях в Национальной Академии Наук Азербайджана, а с 2018 года является заведующим кафедрой “международное право” Института права и прав человека. Он читает лекции в Академии правосудия и судебно-правовом совете (подразделение по подготовке судей и прокуроров). С 2018 года-заместитель директора Академии юстиции. Более 98 публикаций по различным аспектам международного, европейского и уголовного права, включая публикации CEPEJ (исследования N21 и N22).
С 2005 года член и Национальный корреспондент Европейской Комиссии по эффективности правосудия( CEPEJ), в 2011 году член рабочей группы по оценке судебных систем (CEPEJ-GT-EVAL) и в 2014-2018 годах участвовал в поездках коллегиальной оценки в Эстонию, Швейцарию, Словакию, Кипр и Грузию, а также председательствовал в поездках коллегиальной оценки в Литву и Бывшую Югославскую Республику Македонию. В 2014 году избран на пленарном заседании членом бюро, а с 2016 года-вице-президентом КЭПЭЖ. |
Ramin Gurbanov - PhD/Doctor in Law, Senior Official & Judge
2008 – 2020 Project Coordinator for the World Bank funded large-scale judicial modernization projects in Azerbaijan Responsible for the coordination and management of the World Bank funded nation-wide judicial services and smart infrastructure modernization projects in Azerbaijan. Strategic and operational planning in the role as Chief of the Working Group responsible for activities related to the transformation of Azerbaijan judiciary during the implementation of smart electronic E-Court systems (e.g. Case & Document Management Systems, Court Audio & Video Recording, e-Enforcement system) along with the modernization of the underpinning Court buildings and IT infrastructures within the judiciary. Besides that, he participated in international research projects dealing with the evaluation and organisation of judicial systems.
Worked in various departments of the Ministry of Justice, such as legislation and legal propagation department, department of state registration of legal entities, organizational-analytical department (judicial statistics), general department of organization and supervision (head of reforms division). In 2013 joined the Azerbaijan judiciary and appointed as a judge (criminal specialization). In 2017 elected as a member of the Board of Association of Judges in Azerbaijan. From 2011 worked on different positions at the Azerbaijan National Academy of Sciences, and from 2018 is the Head of the “International law” department of the Institute of Law and Human Rights. He delivers the lectures at the Justice Academy and the Judicial-Legal Council (Unit for training of judges and prosecutors). From 2018 is the deputy Director of Justice Academy. More than 98 publications in different aspects of international, European and criminal law, including CEPEJ publications (Studies N21 and N22).
From 2005 member and national correspondent of the European Commission for the efficiency of justice (CEPEJ), in 2011 member of the Working Group on evaluation of judicial systems (CEPEJ-GT-EVAL) and in 2014-2018 participated in the peer evaluation trips to Estonia, Switzerland, Slovakia, Cyprus and Georgia, as well as presided over the peer evaluation trips to Lithuania and Former Yugoslav Republic of Macedonia. In 2014 elected at the plenary meeting as a member of the Bureau, and from 2016 the Vice-president of the CEPEJ. |